"Bakı və İrəvan razılığa yaxındırlar" - Ermənistan XİN

01:00 - 14 Noyabr 2024

"İrəvan və Bakı sülh sazişi layihəsini konstruktiv atmosferdə müzakirə edir və onun tam razılığına çox yaxındır".

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyan deyib.

"Daha bir və ya iki məsələ var, onların üzərində iş daha intensiv, daha konstruktiv bir atmosferdə davam edir. Mən ehtiyatlı nikbinliyimi ifadə etmək istərdim ki, biz həqiqətən də mətn üzrə yekun razılığa çox yaxınıq", - o, parlamentdə çıxış edərkən bildirib.

XİN rəhbəri qeyd edib ki, Ermənitan Azərbaycanla bütün istiqamətlər üzrə hərtərəfli sülhün tezliklə bağlanmasında maraqlıdır.

"Biz Azərbaycan tərəfi ilə sazişin son iki razılaşdırılmamış mətni, son iki maddəsi üzərində işləyirik və məndə belə təəssürat yaranıb ki, yekun razılığa və sülh müqaviləsi layihəsinin yekun təsdiqinə yaxınıq", - Mirzoyan parlamentin plenar iclasında sual-cavab zamanı bildirib.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin