Bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ
2 Dekabr 2024
13:22 - 14 Noyabr 2024
“Su ehtiyatlarının qıtlığı, temperaturun artması kimi məsələlər Cənubi Qafqazın hər üç ölkəsində ildə 100 milyondan çox itkiyə səbəb olur”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbirdə çıxış edərkən deyib.
R.Prays bunun çox böyük itki olduğunu vurğulayıb. O bildirib ki, kiçik ərazilərdə maliyyə resursu tapmaqla bağlı çətinliklər mövcuddur: “Bununla yanaşı, ərazilərdə mütəxəssislər lazımdır, eləcə də kadr azlığı faktı qeyd edilməlidir. Biz adaptasiya tədbirləri və dözümlülüyün artırılmasına öz dəstəyimizi göstəririk, fəlakət və risklərin azaldılması istiqamətində də tədbirlər görürük”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin