Cəlilabadda minik avtomobili piyadanı vurdu

22:38 - 15 Noyabr 2024

Cəlilabadda minik avtomobili piyadanı vurdu

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Cəlilabad rayon sakini, N. Ağayev idarəetdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Rasim İsayevi vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv