Bu rayonun bəzi kəndlərində işıq olmayacaq

15:30 - 18 Noyabr 2024

Bu rayonun bəzi kəndlərində işıq olmayacaq

Babək rayon Elektrik Şəbəkəsinin Tədbirlər planına uyğun olaraq 35/10 kilovoltluq “Nəzərabad” yarımstansiyasında yağ açarlarının cari təmir işləri aparılacaq.


Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, bununla əlaqədar sabah saat 11:30-dan 13:00-dək Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Vayxır, Xalxal, Nəzərabad, Didivar və Uzunoba gölü ətrafında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində qısamüddətli müəyyən fasilələr yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az