Gürcüstan Prezidenti Tbilisidə aksiyaçılara qoşuldu

01:00 - 29 Noyabr 2024

Gürcüstan Prezidenti Tbilisidə aksiyaçılara qoşuldu

Gürcüstan Prezidenti Salome Zurabişvili paytaxt Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, "Mən bu xalqla bir yerdəyəm. Bacardığım yerdə olacağam. Yeni (parlament) seçkiləri alana qədər bitməyəcək müqavimət başlayır", - Zurabişvili mitinqdə onu alqışlarla qarşılayan aksiyaçılara müraciət edərək deyib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar qeydə alınıb. Qanunvericilik binasının hər iki tərəfində gərgin vəziyyət mövcuddur. Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadəyə məcbur olublar.


Xəbər xətti

15 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin