Hansı ərzaqlar beyin qocalmasının qarşısını alır?

08:30 - 30 Noyabr 2024

Hansı ərzaqlar beyin qocalmasının qarşısını alır?

40 yaşdan sonra beyinin qocalması sürətlənə bilər.

 

Manset.az Medicina-ya istinadən xəbər verir ki, həkim, tibb elmləri namizədi Mariyat Muxina orta yaş və yaşlı insanların rasionuna bu qidaları daxil etməyi tövsiyə edib.

“Rasiona beyin və yaddaş üçün faydalı yağlı balıq, sarıkök, şokolad, matça və təmiz su daxil etmək lazımdır.

Sarıkökdə olan kurkumin beynin qocalma prosesini azaldır, iltihab əleyhinə təsir edir.

Eləcə də yağlı, qızıl balıq, losos Omeqa 3 ilə zəngindir, müntəzəm balıq və dəniz məhsulları yeyənlərdə demensiya riski azdır.

Hər gün 100 qram balıq kifayətdir.

Eləcə də karbohidrat, pirojna, konfet yox, gündə 30 qram tünd şokolad yemək lazımdır ki, diqqət, tonus və əhval yaxşılaşsın.

Çaylardan yaşıl çay və matça faydalıdır.

Hər gün təmiz 2 litrə qədər su, 10 min addım, pilləkən çıxıb düşmək də lazımdır.


Xəbər xətti

2 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin