Məşhur aktyor gənc yaşında vəfat etdi - FOTO

17:42 - 3 Dekabr 2024

Məşhur aktyor gənc yaşında vəfat etdi - FOTO

Cənubi Koreyalı aktyor Park Min-jae 32 yaşında ürək tutmasından vəfat edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Əldə edilən məlumata görə, Min-jae noyabrın 29-da qastrol səfərinə getdiyi Çində son nəfəsini verib.

Aktyorun agentliyi "Big Title" sosial media hesabından açıqlama verib:

"Aktyorluğu sevən və hər zaman əlindən gələni edən aktyor Park Min-jae dünyasını dəyişdi. Ona olan sevginizi və qayğınızı səmimiyyətlə qiymətləndiririk. Biz səni hər zaman xatırlayacağıq. Qürurla yat".

Min-jaenin qardaşı da sosial şəbəkədə paylaşım edərək pərəstişkarlarından sevimli qardaşını unutmamağı xahiş edib.

Məşhur aktyor 32 yaşında ürək tutmasından dünyasını dəyişib

 


Xəbər xətti

26 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin