Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişində axtarışına çıxdığı Rasim Xankişiyevin ailəsini Baş prokuror Kamram Əliyev şəxsən qəbul edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə ailənin saytımıza verdiyi açıqlamada deyilir.
"6 dekabr 2024-cu ildə Baş prokurur naməlum şəkildə itkin düşən Rasim Xankişiyevin valideynləri və vəkilləri Sumqayıtda keçirilən vətəndaş qəbulunda ailəni və vəkilləri qəbul etmiş, həmin qəbulda 7 dekabr 2024-cu il tarixdə Baş prokurorluğun inzibati binasında geniş tərkibdə müzakirə olunması qərara alınmışdır.
7 dekabr 2024-cü il tarixdə şənbə günü olmasına baxmayaraq saat 11:00-da Baş Prokuror Kamran Əliyev Rasim Xankisiyevin atası Vasif Xankişiyevi, anası Aygül Xankişiyeva, nənəsi Zemfira xanımı və vəkilləri Cavid Cəfərov və Nail İbrahimovu qəbul edib, bir saat ərzində geniş müzakirələr aparılıb. Baş prokuror işin hər xırda detalı ilə şəxsən özü maraqlanıb. Ailə və vəkilləri olaraq bizdə öz fikirlərimizi bildirmişik. Baş prokuror tərəfindən istintaq İdarəsinə müvafiq tapşırıq və tövsiyələr verildi. Hazırda istintaq davam etdirilir."