Aparıcı İlkin Həsəni komada olan dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, o, Azərin vəfat xəbərini yayan bir neçə məşhurun paylaşımını təkzib edərək bunları yazıb:
“Azər Baxşəliyev hələ də süni tənəffüs aparatındadır. Bu gecə möcüzənin baş verə biləcəyi son gecədir. Dualarımız dayanmayacaq, ümidimiz sönməyəcək”.