Suriyanın şimalında, Hələb əyalətinin Mənbic şəhərində partlayış baş verib.
Manset.az-ın xəbərinə görə, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb.
Telekanal qeyd edib ki, minalanmış avtomobil Mənbicdən Hələb şəhərinə (eyni adlı əyalətin inzibati mərkəzi) gedən yolda partladılıb.
Partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilir. Hadisənin digər təfərrüatları açıqlanmır.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            