İnsult keçirən (Faytonçu) Nazim Pişyarinin müalicəsi davam etdirilir, səhhəti yaxşılaşır.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, (Faytonçu) Nazim yanvarın 30-da qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.