"Milan" aparıcı oyunçusu ilə anlaşdı

13:37 - 26 Fevral 2025

\"Milan\" aparıcı oyunçusu ilə anlaşdı

"Milan" rəhbərliyi yarımmüdafiəçi Ticani Reynders ilə yeni müqavilə bağlamaq barədə razılığa gəlib. 

 

Manset.az Fanat.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "rossoneri" ilə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadacaq.

Ticaninin maaşı 3,5 milyon avroya qədər artırılacaq. Yeni müqavilədə fərdi və komanda nailiyyətlərinə görə müxtəlif bonus ödənişləri də nəzərdə tutulub. 

26 yaşlı niderlandlı cari A Seriyasında 24 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 8 qol vurub və iki məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv