Tramp "TikTok" üçün qoyulan qadağanı uzada bilər

13:11 - 27 Mart 2025

Tramp \"TikTok\" üçün qoyulan qadağanı uzada bilər

Donald Tramp "TikTok"un bir ABŞ şirkətinə satılmaması halında verilən müddəti uzada bilər.

 

Manset.az xəbər verir ki,Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Çinin "TikTok"un satışını təsdiq edəcəyini düşünür və əgər bu baş versə, tariflərdə güzəşt edilə bilər.

Qeyd edək ki, Tramp hakimiyyətə gələn kimi "TikTok"un bir ABŞ şirkətinə satılmaması halında ABŞ-də qadağan ediləcəyinə dair qanun imzalayıb və tətbiqə 75 günlük qadağa qoyulub. O, platformanın 50 faizlik hissəsinin ABŞ şirkətinə satılmasının tərəfdarıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv