İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff şənbə günü, aprelin 12-də Omanda keçiriləcək görüşdə əsas müzakirəçi qismində çıxış edəcəklər.
Manset.az xəbər verir ki, bu barədə İranın “NourNews” agentliyi məlumat yayıb.
Bundan əvvəl Əraqçi qeyd etmişdi ki, Vaşinqton və Tehran aprelin 12-də Omanda dolayı danışıqlar aparacaq.