“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən Azərbaycan və Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu, ölkələrarası münasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, uzun müddətdir Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələr hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşir. “Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə etdiyi növbəti dövlət səfəri də Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Ali toplantıda minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramı müəyyənləşdirilib. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm dostluq və qardaşlıq əlaqələri üçün çox sağlam bünövrədir. Bu gün Azərbaycan və Özbəkistan bütün Türk dünyasının inkişafına və güclənməsinə misilsiz töhfələr verən, müstəqil xarici siyasət kursu yürüdən və eyni zamanda, özləri bütün sahələrdə böyük uğurlar qazanmış güclü müstəqil dövlətlərdir. Əlbəttə ki, ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafına, Türk dünyasının daha da güclənməsinə xidmət edir.”
K. Qafarov Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışının da mühüm və əlamətdar hadisə olduğunu qeyd edib: “Məlum olduğu kimi, Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində iyulun 2-də hər iki ölkənin dövlət başçıları Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. Bu, əlbəttə ki, mühüm tarixi-siyasi hadisədir. Müasir tələblərə cavab verən yeni kompleksdə yaradılan şərait iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına hesablanıb. İnkişaf perspektivləri isə kifayət qədər geniş və əhatəlidir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq, praktiki olaraq, bir çox layihələrlə təmin edilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olsa da, müzakirə olunan planlar bu rəqəmi bir neçə dəfə üstələyir. Əlbəttə, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrinin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırlar”.
“Özbəkistan bizim üçün dost və qardaş ölkədir” - Kamaləddin Qafarov
10:47 - 04 İyul 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
20 Sentyabr 2026 - 00:01
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2026 - 23:56
Meysəridə festival axşamı - FOTOLAR
20 Sentyabr 2026 - 12:15
Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
19 Sentyabr 2026 - 21:32
"Sabah" ardıcıl 5-ci qələbəsini qazandı
19 Sentyabr 2026 - 21:46
Astarada ağır qəza - Yaralılar var
20 Sentyabr 2026 - 00:30
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
19 Sentyabr 2026 - 23:02
"Trabzonspor" "Qalatasaray"a qalib gəldi
19 Sentyabr 2026 - 23:43
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO
20 Sentyabr 2026 - 00:12
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
19 Sentyabr 2026 - 23:21
Ərdoğan ABŞ-yə səfər edəcək
20 Sentyabr 2026 - 11:53
Faktiki hava açıqlandı
19 Sentyabr 2026 - 22:29
Süni İntellekt Qüvvələri yaratdı
Xəbər xətti
- 20 Sentyabr 2026
- 21:15 İki maşın toqquşdu - Ana və 2 azyaşlı övladı yaralandı
- 21:00 Bu yolda təmir aparılacaq
- 20:50 Arxeoloji qazıntı zamanı Son tunc-İlk dəmir dövrünə aid qalıqlar tapıldı
- 20:40 Qeyri-sabit hava ilə bağlı daha bir XƏBƏRDARLIQ
- 20:30 “Fənərbaxça” rəqibinə göz açmağa imkan vermədi
- 20:15 Xankəndi Şəhəri Günü çərçivəsində Türk dünyası qadın rəssamlarının sərgisi təşkil olundu - FOTOLAR
- 20:10 Meloni məktəblərdə niqab və burqanı qadağan etməyə hazırlaşır
- 20:00 ARIFA ETHNO “Qobustan” kolleksiyasını Milli Geyim Günündə təqdim etdi - FOTOLAR
- 19:50 Xocavənd Şəhəri Günü qeyd olunur - FOTOLAR
- 19:39 Prezidentin nümayəndəsi Xocavəndə qayıdanların sayını AÇIQLADI
- 19:21 Cəlilabadda zəncirvari qəza - Yaralılar var
- 19:00 Ermənistandakı Alban kilsələri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib - RƏY
- 18:45 Moskva aeroportlarında 400-dən çox uçuş təxirə salındı
- 18:27 ““Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu” - Vüqar Rəhimzadə
- 18:10 Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
- 17:55 Azərbaycan Pakitsana başsağlığı verdi
- 17:45 Azərbaycanın ərazi bütövlüyünün bərpasına GEDƏN YOL
- 17:19 Bu yollarda duman olacaq
- 17:11 “Atletiko”, yoxsa "Real”? - La Liqada derbi günü
- 16:59 Moskvada azərbaycanlıların çalışdığı bazarda dron PARTLAYIŞI
- 16:53 Ukrayna səfirliyindən Azərbaycana TƏBRİK
- 16:24 İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi - FOTOLAR
- 16:07 Moskvada benzin satışına limit qoyuldu
- 15:50 Üzüm və Şərab Festivalının ikinci günü başladı - VİDEO
- 15:30 Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
- 15:10 "Tarixi missiya uğurla yerinə yetirildi" - DİN
- 15:00 "20 sentyabr Azərbaycanın zəfər tarixidir"
- 14:48 Bir neçə gün əvvəl itkin düşmüşdü - Meyiti quyudan tapıldı
- 14:33 Türkiyə MMN-dən Azərbaycana TƏBRİK
- 14:17 Fransada polislərlə motosikletçilər toqquşdu - 5 nəfər saxlanıldı
- 14:00 İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi
- 13:42 "20 Sentyabr Dövlət Suverenliyimizin təntənəsidir" - Vasif Qafarov
- 13:23 İran Hörmüzlə bağlı son qərarını açıqladı
- 13:05 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu
- 12:45 Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürüldü
- 12:15 Sabah bu ərazilərə yağış yağacaq - Dolu düşəcək
- 11:53 Faktiki hava açıqlandı
- 11:35 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik etdi
- 11:15 "Yuventus"un qapıçısı diz zədəsi aldı
- 10:58 Moskvaya kütləvi PUA hücumu - 2 nəfər öldü
- 10:40 Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
- 10:20 “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir”
- 10:07 XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı BƏYANAT
- 09:50 Türkiyədə sərnişin avtobusu qəzaya uğradı - 18 nəfər xəsarət aldı
- 09:32 “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
- 09:15 Ağır qəzada yaralanan sürücü öldü
- 09:00 Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı - VİDEO
- 08:30 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir?
- 08:00 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
- 01:30 Əl ilə yazmaq yaddaşı gücləndirir
- 00:30 Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır