Vilayət Eyvazov Zəfər Yusibovu hərbi hissə komandiri TƏYİN ETDİ - FOTO

11:32 - 20 Aprel 2022

Vilayət Eyvazov Zəfər Yusibovu hərbi hissə komandiri TƏYİN ETDİ - FOTO

Daxili Qoşunların "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

 

Manset.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsinə komandir təyin edilib.

Qeyd edək ki, 40 yaşlı Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” rütbəsi alıb. Vətən Müharibəsi zamanı Hadrut döyüşlərində xüsusi şücaət göstərib. Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az