NATO-ya üzvlüklə bağlı gərginlik yaşayan Rusiya və Finlandiya liderləri telefonla danışıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya prezidenti Niinistö Rusiya prezidenti Putinlə NATO-ya üzvlük məsələsini müzakirə edib.
Putin, "Finlandiyanın xarici siyasətindəki dəyişiklik ikitərəfli münasibətlər üçün mənfi ola bilər. Finlandiya üçün heç bir təhlükəsizlik təhlükəsi yoxdur" deyib.
O, həmçinin, Finlandiya prezidentinə neytrallıqdan əl çəkməyin səhv olacağını deyib.
Rusiya daha əvvəl Finlandiyanın NATO-ya daxil olmasını təhlükə kimi şərh etmişdi.
Belə olan halda cavab veriləcəyi bildirilmişdi.