“Instagram”dan daha bir YENİLİK

11:32 - 19 May 2022

“Instagram”dan daha bir YENİLİK

Sosial medianın ən populyar tətbiqlərindən biri olan Instagram yeni funksiya üzərində işləyir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl hekayələrin bəyənilməsinə imkan verən funksiyanı yayımlayan platforma indi də hekayələrin göstərilmə üsulunu dəyişmək istəyir.

Bu funksiya istifadəyə verildikdə, istifadəçilər istənilən hesabdan edilən hekayə postlarından yalnız 3-nü görə biləcəklər.

Test mərhələsində olan yeni funksiya ilə bir istifadəçi 24 saat ərzində nə qədər hekayə yükləsə də, digər istifadəçilərdən yalnız 3-ü görünəcək.

Qalan hekayələr "hamısına bax" düyməsinə toxunduqdan sonra görünəcək.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az