AZAL-ın yaydığı son məlumata görə, Dubay istiqaməti üzrə reyslər də bərpa edilir və 15 maydan uçuşlara başlanılır.
Uçuşlar hər gün həyata keçiriləcək.
***
11:36
"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
Manset.az bu barədə AZAL-a istinadən xəbər verir.
Bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür.