Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

13:55 - 15 İyul 2022

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasi kursun məntiqi nəticəsidir.

Oxu.az - İlham Əliyev “Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərini  açıqladı

Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb.

Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

Millət vəkili Arzu Nağıyev Manset.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə çox mühüm bir tarixi hadisə idi:

Arzularınızı gerçəkləşdirəcək insan - Arzu Nağıyev

“Dünya hərb tarixinin son illərinə nəzər salanda görürük ki, isğala məruz qalmış tərəf öz ərazilərini azad etsin və başladığı əməliyyatları qələbə ilə başa çatdıra bilsin. Düşünürəm ki, bu qələbəyə hamıdan çox Ali Baş Komandan İlham Əliyevin özü inanırdı. Çünki bu qələbənin əsas səbəbkarı Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusu və dəfələrlə təkrarlamağı özümə borc bildiyim şəhadəti şərəf sayan Azərbaycan əsgəri idi. Yəni, bir addım geri olmamaq şərti ilə biz həm haqq mübarizəsi apardıq, həm də torpaqlarımızı işğaldan azad etdik, haqq səsimizi dünyaya ucalda bildik. Bu səbəbdən də Vətən Müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində ən şərəfli bir yer tutacaq tarixi qələbədir”.

Deputat bildirib ki, 44 günlük müharibə Azərbaycan ordusunun gücünü dünyaya göstərib:

Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad edib, düşmən döyüş  meydanından qaçır - FOTO VIDEO » AzadSəs

“Təbii ki, hər bir qələbədə əsgərin rolu, döyüşməsi ən mühüm məsələdir. Biz Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdik. Əsas məqam ondan ibarətdir ki, Ali Baş Komandan kimi İlham Əliyev informasiya müharibəsini apardı. Dörd dildə bütün dünyaya çatdıra bildi ki, Azərbaycan haqq müharibəsi aparır və əks-həmlə müharibəsini aparır. Ölkəmiz həmçinin işğaldan azad olunmuş ərazilərimizi gələcəkdə dinc həyata qaytarmaq, sərhədlərimizi bərpa etmək üçün müharibə aparırdı. Söhbət min kilometrdən artıq həm döyüş zonası, eyni zamanda Ermənistanla və digər dövlətlərlə sərhədlərin birmənalı şəkildə söhbət bərpasından gedir. Buna görə də düşünürəm ki, bu, çox ciddi bir müharibə idi. Əsasən döyüş taktikasında pilotsuz uçan aparatlardan istifadə etmək, dəqiq koordinatlardan, həm suda, həm quruda, həm havada, həm dağ şəraitində, səhra şəraitində, bütün hallarda biz ordumuzun nəyə qadir olduğunu göstərdik və Azərbaycan Ordusunun necə döyüşkən bir ordu olduğunu dünyaya bəyan edə bildik”.

Arzu Nağıyev əlavə edib ki, 30 ildə ermənilər Azərbaycan ərazilərində vandallıq edib:

“Bu, istər canlı qüvvəyə, istər  flora və faunaya qarşı həyata keçirilib. Məsələn, beynəlxalq müşahidəçilərin də etiraf etdiyi kimi, Ağdam ərazisi Xirosimanı xatırladır. Uçurduqlarını uçurublar, dağıtdıqlarını dağıdıblar, hətta tariximizi belə məhv etmək üçün qəbiristanlıqlarımızı da vandallıq aktına məruz qoyublar. Bunlar həmin o qəbiristanlıqlarda olan sümükləri digər ərazilərə elə səpələyiblər ki, Azərbaycanın burada izi qalmasın. Lakin tarix özü bərqərar olur, öz yerini tutur. Məlum məsələdir ki, biz ermənilərin həm insanlıq əleyhinə, həm tarixi abidələrimizə qarşı olan cinayətlərini bütün dünyaya yayırıq və yayacağıq. Bütün dünya artıq bilir ki, kim kimdir, kim hansı əqidənin, hansı məsləkin yiyəsidir və erməni vandalizmi nədən ibarətdir.

Əsas məqam da ondan ibarətdir ki, müharibənin sülhlə yekunlaşması ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə olunsa da ki, onlar yalnız  deklarativ bəyanatlardan başqa heç bir ciddi iş görmədilər. Əksinə, həmsədrlərin fəaliyyətsizliyi nəticəsində yuxarıda qeyd etdiyim problemləri yaşadıq. İşğal müddəti uzandıqca ermənilər tarixi görünməyən vandallıq hərəkatını ortaya qoydular”.

Millət vəkili qeyd edib ki, ermənilərin işğal etdikləri tarixi Azərbaycan torpaqlarında törətdiyi cinayətlər dünya ictimaiyyətinə çatdırılmalıdır:

Bərdədə ölənlərin sayı 21-ə çatdı

“Ermənistanın törətdiyi müharibə cinayətləri həqiqəti dünya ictimaiyyətinə düşünürəm ki, bir neçə istiqamətdə çatdırılıb. İlk növbədə bunu cənab İlham Əliyev bütün yüksək tribunalardan çıxışlarında, bütün görüşlərində, beynəlxalq səviyyədə aparılan danışıqlarda birmənalı şəkildə ortaya qoyur. Ən ciddi məsələlərdən biri budur. Digər məsələ, aparılan araşdırmalar, ekspert rəylərini ortaya qoymaqla ermənilərin Azərbaycana təzminat ödəməsi məsələsi gündəlikdədir. Ermənilər bilməlidir ki, onlar Azərbaycan ərazisində törətdikləri vəhşiliklərə iqtisadi, siyasi, hərbi digər cinayətlərə görə cavab verəcəklər.

Heydər Əliyev Fondu da bu istiqamətdə çox mühüm işlər görür. Dünyada aparılan humanitar siyasətləri həyata keçirməklə bərabər, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Diaspor təşkilatları, KİV birmənalı şəkildə Azərbaycan həqiqətlərini dünyaya yayır. Şuşada keçirilən görüşlər, bexnəlxalq simpoziumlar, festivallar, diasporun qurultayı – bütün bunların əsas məramı, məqsədi dünyaya Azərbaycan həqiqətlərini çatdırmaqdır və bu istiqamətdə də ciddi addımlar atılır. Düşünürəm ki, hər bir azərbaycanlı bu həqiqətin dünyaya çatdırılması istiqamətində işlər görməlidir”.

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin