Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
17:48 - 29 İyul 2022
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Son illər Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı prosesi sürətlə getməkdədir.
Gənclərimizin istər beynəlxalq idman yarışlarında, istərsə də beynəlxalq təhsil olimpiadalarında qazandığı uğurlar heç şübhəsiz ki, dövlətin bu sahəyə ayırdığı diqqətin bariz göstəricisidir.
Məsələn, Azərbaycan idmançılarının 2021-ci ildə qazandığı nəticələrə nəzər salaq:
Azərbaycan Gənclər və İdman Nazirliyinin ötənilki rəsmi açıqlamasına görə, il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə 519 medal qazanılıb.
Bu medallardan 179-u qızıl, 147-si gümüş və 193-ü bürüncdür. Olimpiya növlərində 227 (62 qızıl, 62 gümüş, 103 bürünc) mükafat əldə olunub.
İdmançılarımız qeyri-olimpiya növlərində 292 (117 qızıl, 85 gümüş, 90 bürünc) dəfə fəxri kürsüyə qalxıblar.
İndi isə gənclərimizin elm və təhsil sahəsində uğurlara qısaca nəzər salaq:
Məsələn, ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası baş tutub. 59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 4 medal qazanıb.
Yaxud başqa bir məqama nəzər salaq.
Ötən il məktəblilərimiz Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasında 6 medal qazanıb ki, bu da son 10 ildə ən yüksək nəticəmiz hesab edilir. Bu, o deməkdir ki, gənclərimiz dövlətin onlara yaratdığı şəraitdən maksimum yararlanmağa çalışır. Sözsüz ki, bu çalışqanlıq yuxarıda gördüyünüz statistikalarda öz əksini tapmaqdadır.
Deputat Ramil Həsən isə bildirir ki, başda Cənab prezident olmaqla, Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin həyata keçirdiyi milli ideologiyanın tərkib hissəsi kimi gənclərin həm fiziki, həm mənəvi inkişafı ilə bağlı ciddi addımlar atılmaqdadır. Bu, həm də islahatyönümlü siyasətin tərkib hissəsidir:
"Bu baxımdan 15, 20, 25 il öncəki gənclərlə indiki gənclərin mənsub olduğu imkanları müqayisə etsək, görərik ki, ortada xeyli fərq mövcüddur. Məsələn, milli şüur daşıyıcısı olan, həm fiziki gücünə, həm zəkasına arxayın olan Azərbaycan oğullarının torpaqlarımızı işğaldan azad etməsi də bunun göstəricisi hesab edilməlidir".
Gülçin Nağıyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin