Sabah Bakıda bu marşrut xətlərinin hərəkət sxemləri dəyişdiriləcək

14:14 - 4 Avqust 2021

Sabah Bakıda bu marşrut xətlərinin hərəkət sxemləri dəyişdiriləcək

Sabah Bakının Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Manset.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, təmirlə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin