Azərbaycan Ordusuna məxsus PUA Ermənistan ərazisinə keçib? - Nazirlik AÇIQLAMA YAYDI

15:08 - 4 Avqust 2021

Azərbaycan Ordusuna məxsus PUA Ermənistan ərazisinə keçib? - Nazirlik AÇIQLAMA YAYDI

"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır".

Bu barədə Manset.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin