Rusiya Prezidenti Vladimir Putin Yaponiyaya yaxın olan şərq ərazilərinə görə ölkəsini “Gündoğan ölkə” adlandırıb.
“Əsl “Gündoğan ölkə” Rusiyadır, çünki Rusiyanın Çukotka bölgəsinin ən şərq hissəsi Yaponiyanın şərqində yerləşir”, – deyə V.Putin ekoloji forumda bildirib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti ekoloji forumda iştirak etmək və regionun inkişafını müzakirə etmək üçün Kamçatkaya səfər edib.
Səfər çərçivəsində V.Putin Ümumrusiya Gənclik Ekoloji Forumunun iştirakçıları ilə görüşüb.