Zəfər Günü münasibəti ilə hərbi orkestrin yürüşü olacaq

15:03 - 06 Noyabr 2022

Zəfər Günü münasibəti ilə hərbi orkestrin yürüşü olacaq

8 noyabr Zəfər Günü münasibətilə səhər saat 8:00-dan 13:00-dək paytaxtın küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü nəzərdə tutulub.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.

Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində

İkinci Marşrut: Şəhidlər Xiyabanı, Alov qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv