"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə yayımlanır.
Manset.az Milli.az-a istinadla xəbər verir ki, hazırda "Arka Sokaklar" serialının yeni bölümü yayımlanır. Ekran işinin bu seriyasında "Azal"ın təyyarəsinin qəzası ilə bağlı kadrlar nümayiş etdirilir.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190AR tipli sərnişin təyyarəsi (reys J28243) Baki şəhərindən Çeçenistanın Qroznı şəhərinə uçarkən qəzaya uğrayıb. Qəza nəticəsində 67 nəfərdən ibarət sərnişin və ekipaj üzvlərindən 38-i həlak olub, 29 nəfər isə xəsarət alaraq sağ qalıb. Həlak olanlar arasında iki pilot və bir bələdçi də olub.
Məqaləyə dair fotomateriallar: