Koronavirusa yoluxanların statistikası açıqlandı

17:32 - 19 Avqust 2021

Koronavirusa yoluxanların statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib. 33 431 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, bu günə qədər isə ümumilikdə 4 268 668 test icra olunub.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin