Havanın temperaturu yenidən yüksələcək - XƏBƏRDARLIQ

20:33 - 19 Avqust 2021

Havanın temperaturu yenidən yüksələcək - XƏBƏRDARLIQ

Yaxın 4 gündə Baklda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Manşet.az-a verilən məlumata görə, avqustun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında bürkülü-isti hava şəraitinin davam edəcəyi, zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40°-yə yaxın olacağı gözlənilir.

Xəbərdarlıq

Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsiz ola bilər.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin