Niderlandlı müdafiəçi “Bavariya”da

17:02 - 05 Yanvar 2023

Niderlandlı müdafiəçi “Bavariya”da

Niderland millisinin müdafiəçisi Deyli Blind karyerasını Münhenin “Bayer” klubunda davam etdirəcək.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi “Bavariya” ilə yeni müqaviləyə imza atmaq üçün bu gün Almaniyaya uçub.

D.Blindin əvvəl tibbi müayinədən keçəcəyi bildirilir.

Məlumat üçün əlavə edək ki, Deyli Blind “Ayaks” futbol məktəbinin yetirməsidir. Onun çıxış etdiyi son komanda da Amsterdam klubu olub.

D.Blind “Ayaks”ın heyətində 333 rəsmi oyun keçirib və 13 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az