Sülhməramlıların daha bir avtomobili aksiya ərazisindən sərbəst keçdi

23:36 - 10 Yanvar 2023

Sülhməramlıların daha bir avtomobili aksiya ərazisindən sərbəst keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

 

Manset.az xəbər verir ki, sülhməramlılara aid daha bir avtomobilin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az