Rusiya muzdlu ordusunun başçısı Vaqner Yevgeni Priqojin Ukraynanın şərqindəki duz mədəni qəsəbəsi Soledara nəzarəti ələ keçirdiklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Vaqner bölmələri bütün Soledar bölgəsinə nəzarəti ələ keçirib" deyən Priqojin şəhər mərkəzi uğrunda döyüşlərin davam etdiyini bildirib.
Rusiya şəhərin mərkəzində qalan ukraynalı əsgərlərə təslim olmaq üçün gecəyə qədər vaxt verib.
Rusiya Soledarı strateji Baxmut şəhəri və Ukraynanın daha geniş şərqi Donbas bölgəsi üçün açar kimi görür.
Bu səbəbdən günlərdir bölgədə qanlı qarşıdurmalar yaşanır.
Ukrayna prezidenti Zelenski və Ukrayna hərbi komandanlığı Rusiyanın şəhəri ələ keçirdiyinə dair iddialara baxmayaraq, Soledarın itkisini təsdiqləməyib.
Manşet.az