Gürcüstanın Saqareco şəhərində binaların birində atışma baş verib.
Manset.az baku.ws-ə istinadən xəbər verir ki, 49 yaşlı kişi yaşayış binasının eyvanına çıxaraq ətrafdakılara atəş açıb.
Hadisə zamanı 5 nəfər ölüb, binanın həyətində olan 5 nəfər isə yaralanıb. Hadisə yerinə gələn polislərə də atəş açıldığından ölən şəxslərdən biri polis əməkdaşıdır.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs daha sonra intihar edib.