Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnamə fondunun məbləği artırılıb.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Sənədə əsasən, Agentliyin ilkin nizamnamə fondu 2 209 512,9-a (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.
Qeyd edək ki, daha əvvəl bu məbləğ 100 000 (yüz min) manat olub.