"İranda Azrəbaycan səfirliyinə qarşı törədilmiş cinayət planlaşdırılmış terror aktıdır" - Azay Quliyev

13:15 - 27 Yanvar 2023

Bu gün, yanvarın 27-i səhər saatlarında Azərbaycanın İrandakı səfriliyi terror hücumuna məruz qalıb. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər əməkdaş yaralanıb.

Hadisəni əks etdirən videodan görünür ki, “Kalaşnikov” avtomatı ilə silahlanmış terrorçu səfirliyin binasına asanlıqla daxil olur və ətrafdakılara davamlı atəş açır.

Tehranda Azərbaycanın səfirliyinə qarşı təşkil edilmiş bu alçaq hücumu və planlaşdırılmış terror aktını qəti şəkildə pisləyir, bu cinayəti törədənlərin və sifariş edənlərin dərhal tapılıb cəzalandırılmasını tələb edirik.

İran hakimiyyəti orqanlarının bu terror hadisəsinin motivlərini başqa səmtə yönəltmək və şəxsi zəmində, adi məişət hadisəsi kimi qələmə vermək cəhdlərini şiddətlə qınayır və bunu terrorçunu açıq müdafiə etmək niyyəti kimi qiymətləndiririk.

Dinc aksiyaçıları edam etdirən İran rejiminin Azərbaycan səfirliyinin əməkdaşını qətlə yetirən terrorçuya hansı cəzanın verəcəyini səbrsizliklə gözləyirik.

İran hakimiyyəti Vyana konvensiyasının tələblərini kobud şəkildə pozduğuna və diplomatik nümayandəliyimizin təhlükəsizliyini qorumadığına görə məsuliyyət daşımalı, müvafiq üzrxahlıq etməli və izahat verməlidir.

Azay Quliyev

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin