“Heç kim Xameneinin icazəsi olmadan İranda yerləşən səfirliklərə hücum edə bilməz” - Güneyli siyasətçi (FOTO)

15:02 - 27 Yanvar 2023

“Heç kim Xameneinin icazəsi olmadan İranda yerləşən səfirliklərə hücum edə bilməz” - Güneyli siyasətçi (FOTO)

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı açıqlama yayıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hərəkatın üzvü Elyar Türker öz “Twitter” səhifəsində yazıb:

“Birmənalı deyirəm, heç kim qondarma dini lider Xameneinin icazəsi olmadan İranda yerləşən səfirliklərə hücum edə bilməz. Bu dəfə İran öz başına atəş açıb. İndi gözləyin və görün nə olacaq. Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pisləyirəm”.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin