Dağıntılar arasından tapılan qızıl kəmərlərlə dolu çantanın kimə məxsus olduğu məlum oldu – VİDEO

16:25 - 24 Fevral 2023

Dağıntılar arasından tapılan qızıl kəmərlərlə dolu çantanın kimə məxsus olduğu məlum oldu – VİDEO

Kahramanmaraşda zəlzələlərdən sonra dağıntıların çıxarılması işləri zamanı bir qazma operatoru qızıl kəmərlərlə dolu çanta tapıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəbərdarlıq üzərinə gələn polis, protokolla dolu qızıl çantanı götürüb. Çantanın Kahramanmaraşın məşhur zərgəri İbrahim Zabuna məxsus olduğu müəyyən edilib.

Zəlzələ fəlakətində dağılan Pentapark mənzilində yaşadığı öyrənilən İbrahim Zabun və uşaqlarının dağıntılar altından sağ çıxıb-çıxmadığı məlum deyil.

Qızıl kəmərlərin hər birinin 10 min dollar dəyərində olduğu bildirilib.

Kahramanmaraş Polis İdarəsində saxlanılan qızıllar sağ qalsa İbrahim Zabuna, əks halda varislərinə veriləcək. Vərəsələrin çıxmaması halında qızıl kəmərlərin 5 ildən sonra Milli Mülkiyyətə keçəcəyi açıqlanıb.

Manşet.az

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin