Sloveniya parlamenti ölümcül xəstəliklərlə mübarizə aparan yetkinlərə öz həyatlarını sonlandırmaq hüququ verən qanunu təsdiqləyib.
Manset.az xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 50 deputat evtanaziyaya “hə”, 34 deputat “yox” cavabı verib, 3 deputat bitərəf qalıb.
Parlamentin təsdiq etdiyi qanunvericiliyə əsasən, Sloveniyada bütün müalicə imkanlarının tükəndiyi dözülməz xəstəliklərdə ölümə icazə veriləcək.
“Köməkli ölüm qanunu”nun ruhi xəstəlikdən əziyyət çəkənlərə tətbiq edilməyəcəyi açıqlanıb.