Məşhur oyunun yaradıcılarından biri həbs edildi

18:47 - 20 İyul 2025

Məşhur oyunun yaradıcılarından biri həbs edildi

"Tomb Raider" oyun seriyasının "The Last Revelation", "Chronicles" və "The Angel of Darkness" kimi hissələrinin musiqisini yazan məşhur oyun bəstəkarı Piter Konnelli 16 ay həbs cəzasına məhkum edilib.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb onun COVID-19 pandemiyası zamanı hökumətin bizneslərə maliyyə yardımı proqramından sui-istifadə etməsi olub.

"Eurogamer"in yaydığı məlumata görə, Konnellinin dələduzluq etdiyi üzə çıxıb. Belə ki, 2020-ci ildə Konnelli kiçik biznesi dəstəkləmək üçün nəzərdə tutulmuş “Bounce Back” proqramı çərçivəsində qanunsuz olaraq iki kredit alıb. Bəstəkar əlavə maliyyə əldə etmək üçün qəsdən qaydaları pozub.

2021-ci ilin avqustunda onun şirkəti "Peter Connelly Limited" ləğv edilib və alınan kreditlərin heç biri ödənilməyib.

Konelli həbs cəzası ilə yanaşı, altı il müddətinə şirkətləri idarə etməkdən də məhrum edilib.

Qeyd edək ki, Piter Konnelli "Watch Dogs", "The Crew" və "Dead Island 2" kimi böyük layihələrdə səs dizaynına töhfə verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az