Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

12:16 - 20 İyul 2025

Rusiyada ardıcıl zəlzələlər - Sunami xəbərdarlığı

Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 171 km məsafədə 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının "Telegram" kanalında bildirilib.

Bundan əvvəl Rusiya Federasiyasının Kamçatka vilayətindən 171 km məsafədə 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ 13 km dərinlikdə baş verib.

Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 150 km məsafədə 5,3 maqnitudalı zəlzələ baş verib.

İlkin məlumatlara görə, ikinci zəlzələ hiss olunub, intensivliyi 4 bal təşkil edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, regionun bir neçə yaşayış məntəqəsində sunami təhlükəsi elan edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az