"Vəziyyəti ağırdır, komaya düşə bilər" - Fatimə qəza haqda

21:49 - 16 Mart 2023

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni maşın vurub.

 

Manset.az xəbər verir ki, Fatimə axşam.az-a açıqlamasında Aytacın səhhətindən danışıb. O bildirib ki, hazırda vəziyyəti ağırdır:

"Dünən çəkilişdə idik, məndən sonra ad gününə getməli idi. Özü də hərarəti var idi, deyirdi, evə tez gedəcəyəm. Ad günündən çıxıb evə getmək istəyəndə maşın vurub. Yolu keçirmiş... Hazırda "Semaşko"dadır ( 1 saylı Şəhər Klinik Xəstəxanası). Bir azdan ambulans gələcək və başqa klinikaya köçürəcəklər. Vəziyyəti ağırdır, yerindən tərpətmək olmaz. Amma başqa xəstəxanaya köçürülməlidir. Başından zədə alıb, bədənində sınıqlar var. Həkimlər tam dəqiq nəsə deyə bilmir. Amma deyirlər ki, özünə gəlməsə, iki gündən sonra komaya düşə bilər (ağlayır)".

Fatimə qəzanı törədən şəxslə bağlı "Hazırda o da xəstəxanadadır. Heç yerə qaçmayıb" sözlərini deyib. 


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin