Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu özünün tviter hesabında Ramazanla bağlı paylaşım edib:
"Bütün müsəlmanların Ramazan ayı mübarək olsun!".
Qeyd edək ki, Ramazan ayı bu gündən başlayıb və aprelin 21-ə kimi davam edəcək.