Bakının bu ərazilərində qaz kəsiləcək

09:42 - 31 İyul 2025

Bakının bu ərazilərində qaz kəsiləcək

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 31-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Təbriz, T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az