London hava məkanı texniki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlanıb.
Manset.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
"Avropa Hava Hərəkətini İdarəetmə Agentliyi Londonun nəzarət zonasının "texniki problemlərə görə müvəqqəti olaraq əlçatmaz olduğunu" açıqlayıb. Problemlər bu gün günortadan sonra başlayıb", - məlumatda deyilir.
Böyük Britaniyanın səmalarına cavabdeh olan hava hərəkətinə nəzarət şirkəti olan Nats-ın sözçüsü “texniki problemin” olduğunu təsdiqləyib və problemlərin nə vaxt həll olunacağının hələ məlum olmadığını bildirib.