2500 illik mumiya üzərində döymələr tapıldı

10:41 - 31 İyul 2025

2500 illik mumiya üzərində döymələr tapıldı

Sibirin Altay dağlarında tapılan 2500 yaşlı qadın mumiyasının döymələri ilk dəfə yüksək keyfiyyətli skanlarla ətraflı şəkildə çəkilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, döymələrdə bəbir, maral, xoruz və şir-qartal qarışığı olan mifoloji varlıqların fiqurları yer alır.

Ermitaj Muzeyində mumiyanı infraqırmızı skan edərək döymələrin yerləri müəyyən olunub. Skanlar göstərir ki, döymələr əvvəlcədən trafaretlə çəkilib və heyvan buynuzundan hazırlanmış iynələrlə edilmiş.

Döymələr ölümdən əvvəlki mənanı əks etdirir. Tədqiqatçı Gino Kaspari, döymələrin mürəkkəb və peşəkar sənət olduğunu vurğulayıb, bu tapıntının qədim dövrlərdə döymənin yüksək səviyyəli sənət olduğunu ortaya qoyduğunu qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az