"Bura strateji dairədir, ya gizli məlumatlar saxlanılan ərazi? " - Deputatdan SƏRT AÇIQLAMA

14:34 - 28 Mart 2023

Xəbər verdiyimiz kimi, millət vəkili Razi Nurullayev TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Daha sonra məsələ ictimailəşərək sosia şəbəkələrdə müzakirə obyektinə çevrilib. 

 

Bəs görəsən məsələ ictimailəşdikdən sonra adıçəkilən qurumdan Milli Məclisin deputatı Razi Nurullayevlə əlaqə saxlanılıbmı?

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən deputat onunla heç bir əlaqə saxlanılmadığını bildirib:

" Mənimlə həmin idarədən əlaqə saxlnılmayıb. Jurnalistlərin sorğusuna isə cavab olaraq idarədən bildirilib ki, deputat üçün hər cür şərait yaradılıb. Belə bir yalan məlumat yayıblar. Təəssüf edirəm. Yalan məlumatı yaymaq doğru deyil."


"Mən başa düşə bilmirəm ki, bunun əsası nədir?. Hərçənd ki, əgər doğrudan da belə bir qadağa varsa və ya bu əsaslandırılırsa, bunu da demək lazımdır. Eyib bir məsələ yoxdur. Bəlkə elə səbəb var ki, başa düşəcək insanlar.
Bu şəkildə etmək doğru deyil. Mən bunu qəbul etmirəm. Hələ də gözləyirəm. Bu məsələ ictimailəşdi və hər kəs bu məsələdə haqlı olaraq deyir ki, bulvarda niyə müsahibə vermək olmaz? Səbəbi nədir? Strateji dairə deyil, gizli məlumatlar saxlanılan ərazi deyil. Burada xüsusi qorunan obyekt, dövlət dairələri yoxdur. Burada sadəcə ağaclardır, parkdır, insanlar gəzir, istirahət edir. İnsan parkda müsahibə verər də."

 

Manşet.az


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin