Azərbaycanda gecə saatlarında YOL QƏZASI - Xəsarət alanlar var

00:47 - 29 Mart 2023

Azərbaycanda gecə saatlarında YOL QƏZASI - Xəsarət alanlar var

Lənkəranda 2 avtomobilin toqquşması 1 nəfərin xəsarət alması ilə nəticələnib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlrında Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

"VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər - 1995-ci il təvəllüdlü Rüstəm Yusif oldu Salmanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin