Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başladı
7 Dekabr 2024
10:14 - 31 Mart 2023
“Səhər görüntülü danışmışam, şükür yaxşıdır. Ayağındakı yara artıq sağalıb, ayağa qalxıb yeriyir”.
Manset.az xəbər verir ki, bu sözləri Oxu.Az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:
“Bəziləri yazırlar ki, yarası ağırdır, vəziyyəti çətindir. Amma elə deyil. Biz heç nəyi gizlətmirik. Qardaşımın vəziyyəti yaxşıdır, Allaha şükür. Həkimlərimiz də əllərindən gələni edirlər. Ayağının yarası artıq sağalıb, çiynindəki yara da sağalacaq. Reabilitasiya prosesi tam yekunlaşdıqdan sonra hər şey yaxşı olacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin