Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
14:53 - 6 Aprel 2023
6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Regionların inkişafı Azərbaycanda uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində və ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir.
Bu dövlət proqramlarında, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Böyük Qayıdış ərəfəsində tarixi torpaqlarımızın “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında qurulması əsas hədəflərdəndir. Bu gün dövlətimizin işğalçılar tərəfindən dağıdılmış əraziləri necə sürətlə, qısa müddətdə bərpa edib, dirçəltməsi bütün dünyanı heyrətlənir.
Millət vəkili Müşfiq Cəfərov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan regionun ən inkişaf etmiş dövlətinə çevrilib:
“Artıq ölkəmiz qlobal iqtisadiyyata sürətlə inteqrasiya olunaraq, demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilib. Dövlətimizin hər bir naliyyəti hər bir vətəndaşın mənafeyinə xidmət edir. Cənab Prezident İlham Əliyev son beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirib. Dövlət başçısının icra başçılarının qarşısına qoyduğu ən böyük hədəf rəhbəri olduğu bölgələrin problemlərini və həlli yollarını öyrənib rəhbərliyə təqdim etməsi olub. Bu gün Azərbaycanımız qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir”.
Deputat əlavə edib ki, regionların iqtisadi artımının təminatı üçün bir çox dövlət proqramları həyata keçirilib:
“Əsasən regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmək , o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmək məqsədi daşıyan bu dövlət proqramları regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə xidmət edir. Lakin hər bir qəbul olunmuş proqramın uğurlu həyata keçməsi üçün həmin proqramın icraçı heyətinin tərkibindən də asılıdır. Əgər regionlarda kənd təsərrüfatının inkişaf etdirmək üçün işlər görülürsə, mütləq yerli sahibkarla o proqramı əhatəli şəkildə bilməli və onlara nəyin lazım olub olmadığını müəyyənləşdirməlidir”.
Millət vəkili əlavə edib ki, bəzən böyük maliyyə ayrılan proqramlar özünü tam doğrultmur və ya davamlı olmur:
“Bunun əsas səbəbi bölgələrlə bağlı düzgün araşdırmalar aparılmaması ilə bağlıdır. Xüsusilə dünyada baş verən müharibələr və pandemiya bir daha regionlarda iqtisadi inkişafın mühüm parçası olan kənd təsərrüfatının inkişafının bir ehtiyac olduğunu sübut etdi. Ərzaq təhlükəsizliyinin təminatında regionların əvəsiz rolu var. Mən dəfələrlə seçildiyim Gəncə şəhərində sənaye parklarının yaradılmasının təklifini etmişəm. Əvvələr bu barədə qərar qəbul olunmuşdu, sonra icrası dayandı. Demək olarki Azərbaycanın ikinci ən böyük şəhərində buna həm ehtiyac həm də zərurət həm də şərait var. Düşünürəm ki, regionların biznes xəritələri hazırlanmalı və sənaye parkları yaradılmalıdır. Həmçinin paytaxtın da yükünü azaltmaq məqsədilə Gəncə kimi böyük şəhərlərə universitetlərin və bir neçə Nazirliyin köçürülməsi də regional sosial iqtisadi inkişafa şərait yaradacaqdır”.
Gülçin Nağıyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin