Pekində xəstəxanada yanğın: Ölən və yaralananlar var (VİDEO)

18:54 - 18 Aprel 2023

Pekində xəstəxanada yanğın: Ölən və yaralananlar var (VİDEO)

Çinin paytaxtı Pekinin Fingtai rayonundakı Pekin Changfing xəstəxanasında günorta saatlarında yanğın baş verib.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, yanğın zamanı indiyədək ən azı 21 nəfər ölüb, 71 xəstə təxliyə edilib.

Əraziyə yanğınsöndürmə briqadaları, səhiyyə, təcili yardım və polis qrupları sövq edilib və yanğın nəzarət altına alınıb.

Tüstü içində xəstəxana binasının pəncərələrindən çarşaflarla asılan və binanın divarına qədər uzanan pilləkənlərə çıxmağa çalışan insanların görüntüləri sosial mediada yayılıb.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalar davam edir.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az