Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verildi

14:06 - 25 Aprel 2023

Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verildi

Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunması və Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi (yayımlanması) ilə bağlı inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxacaq.

Qeyd edək ki, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimələnəcək.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin